Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib.“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən 17:30 radələrində baş verib.Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib.O, həkim hadisə yerinə gələnə kimi vəfat edib.