Bakının mərkəzindəki bazarda faciəvi hadisə

Bakının mərkəzindəki bazarda faciəvi hadisə Bakının mərkəzindəki bazarlardan birində ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən "Təzə Bazar"da 1960-cı il təvəllüdlü Nurəliyev Allahverdi Feyruz oğlu qəfil yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və o, vəfat edib.

İlkin məlumata görə, 57 yaşlı kişi ürək tutumasından keçinib.

Araşdırma aparılır.

Oxşar xəbərlər