
“Ötən il ərzində dünya əhalisinin sayı 83 milyon nəfər artıb. Bununla yanaşı, hər 10 saniyədə dünyada 26 uşaq dünyaya gəlib.
Ekspertlər qeyd ediblər ki, artım xüsusilə Afrikada nəzərə çarpır. 2050-ci ildə qara qitə əhalisinin sayı 1.3 milyard nəfərdən 2.5 milyard nəfərə çatacaq. Artımın əsas səbəblərindən biri arzulanmayan hamiləlikdir.
“EC Eurostat”ın məlumatlarına əsasən, 2018-ci ilin 1 yanvar tarixində Avropa İttifaqında əhali sayı 512.6 milyon nəfər olub. Avropa İttifaqında ən çox əhali Almaniyada yaşayır-82.9 milyon nəfər. Sonra isə 67.2 milyon nəfər əhalisi olan Fransa, 66.2 milyon nəfər əhalisi olan Böyük Britaniya gəlir.
Ekspertlər qeyd ediblər ki, dünyada ən çox əhali Tokioda yaşayır-37 milyon nəfər. Hindistanın paytaxtı Nyu-Delidə də 29 milyon, Şanxayda isə 26 milyon nəfər yaşayır.