
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın milli statistika xidmətinin yaydığı məlumatda bildirilib.
Belə ki, 2001-ci il əhalinin siyahıya alınmasına əsasən, Tavus vilayətinin daimi əhalisi 134.366 nəfər təşkil edib. 1 yanvar 2018-ci il vəziyyətinə görə, Tavus bölgəsinin daimi əhalisi 123 min 400 nəfər təşkil edib. Lakin 1 yanvar 2018-ci il vəziyyətinə görə, Tavus bölgəsinin daimi əhalisi 124 min 500 nəfər təşkil edib.
Bir il ərzində vilayətin əhalisi 1100, 17 il ərzində isə 10,976 nəfər azalıb. 2017-ci ildə Tavuş vilayətində 1376 doğum, 1343 ölüm qeydə alınıb. 2016-cı ildə isə 1418 doğum, 1394 ölüm qeydə alınıb.
2016-cı ildə Tavuşda 648 nikah, 70 boşanma, 2017-ci ildə isə 534 nikah və 103 boşanma qeydə alınıb. 2016-cı ilə nisbətdə bölgədə nikah azalıb, boşanma sayı artıb.