
İcmala görə, Azərbaycan əhalisi sözügedən tarixdə 11 milyon olacaq. Yəni 22 illik artım təxminən 1 milyon olacaq.
Məlumat üçün bildirək ki, rəsmi rəqəmlərə görə, hazırda Azərbaycan əhalisinin sayı 10 milyondan bir az aşağıdır.
İcmalda qeyd olunan rəqəmlərə görə, Ermənistan əhalisinin sayında azalma müşahidə olunacaq. Ermənilərin sayı 2,7 milyon nəfərə düşəcək.
Onu da bildirək ki, hazırda Ermənistanda 3 milyon əhalinin yaşayır.
Ermənistanın əhalisi 2050-ci ilə kimi azalaraq, 2,7 milyon nəfərə düşəcək.
Proqnozlara görə, Cənubi Qafqazda kəskin azalma Gürcüstanda qeydə alınacaq.