
2016-cı ilin “Aprel döyüşləri” zamanı qəhrəmanlıq göstərmiş 3 hərbçiyə də Milli Qəhrəman adı verilmişdi. Dördgünlük müharibənin qəhrəmanları polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra), mayor Samid İmanov (ölümündən sonra) və polkovnik-leytenant Şükür Həmidov (sağdır) olmuşdu.
Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət nümayəndələri kimlərin sağ, kimlərin şəhid olduğunu bilmir. Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 17 nəfəri sağdır.
Onları siz də tanıyın – soldan sağa şəkil sırası ilə adlar:
1. Maşallah Abdullayev
2. Bəxtiyar Allahverdiyev
3. İntiqam Atakişiyev
4. Rövşən Əkbərov
5. Vahid Quliyev
6. Şahin Tağıyev
7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev
9. Məhəmməd Həsənov
10. Şükür Həmidov
11. Fariz Qəhrəmanov
12. Mədət Quliyev
13. Mirzə Quliyev
14. Zabit Quliyev
15. Fariz Mədətov
16. Mövsüm Məmmədov
17. Sahil Məmmədov
(Modern.az)