Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. Bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarov, digəri isə Yusif Nəbiyevdir.Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə paytaxt Bakıda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub.
Əmək fəaliyyətinə dövlət qurumlarında başlayan Xanlarov bir müddət Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” strukturunda çalışıb. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra isə 2005-ci ildən etibarən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəhbərlik edib. Həmin vaxt o, 34 yaşında idi.
Cəbrayıl Xanlarov dövlət qulluğunda 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb.
O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edəcək.