Zabitimiz ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi

Zabitimiz ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi Nazirlik məlumat yaydı

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Savalanov Nəcməddin Akif oğlu “igidliyə görə” medalı ilə təltif edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhid zabitin medalı bu gün doğulduiğu İmişli rayonunun Göbəktala kəndində ailəsinə təqdim ediləcək.

Oxşar xəbərlər