Dəhşətli qəza: 36 ölü, 13 yaralı

Dəhşətli qəza: 36 ölü, 13 yaralı Çində Şaanşi əyalətində dəhşətli avtomobil qəzası baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, tunelə giriş edərkən avtobus divara çırpılıb. Siçuan əyalətinə doğru hərəkət edən avtomobildəki şəxslərdən 36-sı dünyasını dəyişib, 13 nəfər isə yaralanıb.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.

Çin höküməti qəza ilə əlaqədar cinayət işi açıb, araşdırma aparılır.

Oxşar xəbərlər