Bakıda dəhşətli avtobus qəzası, çox sayda yaralı var - FOTOLAR

Bakıda dəhşətli avtobus qəzası, çox sayda yaralı var - FOTOLAR Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib

Lent.az-ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun “Koroğlu” stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub.

Hadisə nəticəsində avtobus aşıb, yük maşını yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından sayta bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər