Türkiyədə ağır yol qəzası — 11 ölü, 46 yaralı

Türkiyədə ağır yol qəzası — 11 ölü, 46 yaralı Ankaradan Bursanın Uludağ istirahət mərkəzinə gəzinti üçün yola çıxan avtobus yol kənarındakı ağaca çırpılıb.
"Ölkə.Az" xəbər verir ki, ilkin məlumatlara əsasən 11 nəfər ölüb, 46 nəfər xəsarət alıb.
Qəza səhərə yaxın Eskişehir-Bozüyük yolu, Batıkent məhəlləsində meydana gəlib. Ankaradan Uludağa səfər edən sərnişin avtobusu Eskişehir şəhər mərkəzini keçdikdən sonra yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Oxşar xəbərlər