Messi "Barselona"da qalır — 700 milyon avroya

Messi Argentinalı hücumçu Lionel Messi "Barselona" klubu ilə müqaviləni 2020/2021-ci il mövsümünün sonunadək uzadıb. Razılaşmaya əsasən, dəbbənin məbləği 700 milyon avro təşkil edir
Ölkə.Az bildirir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Otuz yaşlı futbolçunun əvvəlki müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
Messi "Barselona"ya 2000-ci ildə, 13 yaşında gəlib. Əsas heyətdə rəsmi debütünü 17 yaşında edib. Komandanın tərkibində səkkiz dəfə İspaniya çempionu titulunu qazanıb, dörd dəfə UEFA çempionlar liqasının, beş dəfə İspaniya kubokunun, üç dəfə dünya klub çempionatının qalibi olub.

Beş dəfə "Qızıl top" mükafatına layiq görülən argentinalı hücumçu "Barselona"nın heyətində meydançaya çıxdığı 602 oyunda ümumilikdə 523 qol vurub. O, hazırda klubun və La Liqanın tarixində ən məhsuldar hücumçudur.

Oxşar xəbərlər