“Barselona”, PSJ və “Milan”ın sabiq futbolçusu bu barədə öz Instagram səhifəsində məlumat verib.
Ronaldinyo Bakı restoranlarından birində çəkdirdiyi fotonu “Bakıda ilk gün. Şou” yazısı paylaşıb.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.
2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını qazanıb.
FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.