Zakir Həsənov türk general Hulusi Akarla görüşdü

Zakir Həsənov türk general Hulusi Akarla görüşdü Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşüb.

AZTB.info APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub.
Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Oxşar xəbərlər