Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz ölkədə baş vermiş qiyam cəhdi ilə bağlı açıqlama verib.
APA-nın verdiyi məlumata görə, N.Yılmaz açıqlamasında, “qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən “vətənə xəyanət” maddəsi ilə mühakimə olunacaq” - deyib.
Türkiyənin NTV kanalı isə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahına edilmiş hücumun qarşısının alındığını, Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirib.