Ramil Usubov Zakir Həsənovun oğlunu rəis təyin etdi

Ramil Usubov Zakir Həsənovun oğlunu rəis təyin etdi Daxili işlər naziri, general polkovnik Ramil Usubov kadr dəyişiklikləri edib.

Mia.az-ın məlumatına görə, nazirin əmri ilə bir sıra kadr dəyişiklikləri olub. Belə ki, DİN Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov Xətai Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi gətirilib. Məlumat üçün bildirək ki, Nazim Həsən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur.

Nazirin digər əmri ilə Xətai Rayon Mühafizə İdarəsi rəisi Azad Quliyev DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinə rəis gətirilib.

Oxşar xəbərlər