Brüssel və Londonda ard-arda hücum

Brüssel və Londonda ard-arda hücum Belçika və Londonda əsgər və polislərə hücum təşkil edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə növbətçi 2 əsgərə kəsici alətlə hücum edilib və cinayətkar silahla vurulub. Xəstəxanaya çatdılan şəxsin vəziyyətinin ağır olduğu deyilir. Əl və üzlərindən xəsarət alan əsgərlərin vəziyyəti isə yaxşıdır.

İngiltərənin paytaxtı Londonda isə 2 polisə bıçaqla hücum edilib. Hadisə nəticəsində polislər yaralanıb.

Hücumların terror aktı olub-olmaması barədə hələlik heç bir məlumat verilmir. Lakin son aylarda Avropanın müxtəlif şəhərlərində təşkil edilən bu tip hücumlar əsasən terror məqsədilə edildiyi üçün cinayət hadisəsinin terakt olduğu ehtimal edilir.

Oxşar xəbərlər