ABŞ-ın Boulinq-Qrin şəhərində (Kentukki ştatı) bıçaqla silahlanmış naməlum şəxs kilsədə insanlara hücum edib. TASS agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, cinayətkar saxlanılıb.Cinayətin motivi barədə hələlik məlumat verilmir.