ABŞ-da polisə hücum - Patrul xidməti atəşə tutuldu

ABŞ-da polisə hücum - Patrul xidməti atəşə tutuldu Nyu-Yorkda avtomobildə olan naməlum şəxslər Bruklin rayonunda patrul xidmətində olan polislərə atəş açıb

Xarici mətbuat xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Verilən məlumatlara görə, maşında 4 nəfər görünüb. Bir qədər sonra maşın başqa bir küçədə tapılıb. Polis hadisəni araşdırır.

Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama də bir neşə gün öncəki çıxışında "son vaxtlar polislərə hücum halları çoxalıb" deyib. "onlara atılan güllə bizim hamımıza atılır" deyə Obama narahatlığını bildirib.

Oxşar xəbərlər