
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Terror hücumu adlandırılan hadisədə şübhəli bilinən 48 yaşlı şəxs həbs edilib. Şahidlər bildirir ki, maşında 3 nəfər olub, lakin polis digər şübhəlilər barədə məlumat əldə etməyib.
İngiltərə baş naziri Tereza Mey və London meri Sadiq Xan açıqlama verərək terror hücumunu pisləyiblər.