Qətibə xanım Əsədova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Qətibə xanım Əsədova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! Bilgəh Qocalar Evinin rəhbəri Qətibə xanım Əsədova rəhbərliyə sədaqət nümunəsidirlər!

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bilgəh Qocalar Evinin rəhbəri Qətibə xanım Əsədovadır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bilgəh Qocalar Evinin rəhbəri Qətibə xanım Əsədovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Qətibə xanım Əsədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Qətibə xanım Əsədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bilgəh Qocalar Evinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Bilgəh Qocalar Evinin rəhbəri Qətibə xanım Əsədovaya dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bilgəh Qocalar Evi Müharibə və əmək əlilləri üçün pansionat (El arasında Qocalar evi kimi tanınır) qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. Burada tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Bakının Bilgəh qəsəbəsində, dənizdən əsən mehin qəlbə xoş bir rahatlıq duyğusu bəxş etdiyi, bağlı-bağçalı bir məkanda yerləşən bu müəssisənin ahıl sakinləri üçün könül rahatlığının bir başqa və həm də əsas səbəbi daimi dövlət himayəsində yaşamaq, bunun istisini daha yaxından hiss etmək, tənhalığın dərdini, sıxıntısını bu istidə əridə bilməkdir. Bura ömrün ahıl vaxtında, doğmalarından qayğı, qulluq, ən azı mehriban münasibət ummağa haqqı çatdığı məqamda müxtəlif səbəblərdən bütün bunlardan əli üzülmüş, ümidi kəsilmiş bir qoca üçün unudulmaq, biryolluq tərk edilmək, atılmaq qorxusunun bitdiyi, özünü qayğı əhatəsində gördüyü, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunduğu doğma bir evdir.

Oxşar xəbərlər