
Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var. Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Bakı şəhərinin Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının böyük xidmətləri var. Şərəfli xidmət yolu keçən Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənovun rəhbərliyi ilə daim rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli iş görür.
Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son vaxtlar rayonda törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb. Polis əməkdaşlarının fəaliyyəti rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.