SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI - YENİLƏNİB - VİDEO - FOTO

SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI - YENİLƏNİB - VİDEO - FOTO "Associated Press" xəbər verir ki, təyyarə qəzaya düşməzdən əvvəl Kolumbiyada güclü yağış və şiddətli fırtına tüğyan edirdi.

---------

10:28

Milli.Az bildirir ki, "Reuters" agentliyinin məlumatına görə, xilasetmə qrupları qəzanın baş verdiyi ərazidə sağ qalan sərnişinləri çıxarırlar. Məlumata görə, ölənlər də var.

----------

10:21

Medellin bələdiyyə başçısı Federiko Qutierrez qəza nəticəsində sağ qalanların ola biləcəyini söyləyib. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, "Blu Radio"ya açıqlama verən Qutierrez: "Çox böyük ölçüdə bir faciədir", - deyib.

Sərnişin təyyarələrinin hərəkətlərini canlı olaraq yayımlayan Flightradar24 saytındakı məlumatlara görə, Lamia Hava yolları təyyarəsinin Medellinin cənubundakı La Uinon adlanan ərazi yaxınlığına düşdüyü təxmin edilir.

----------

10:02

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, qəzanın yerli vaxtla axşam 10.15 radələrində baş verdiyi deyilir. La Union şəhərinin xilasetmə bürosundan verilən məlumata görə, təyyarənin yerə çırpılması nəticəsində 10 nəfər yaralanıb.

------------

09:53

Boliviyadan havaya qalxan sərnişin təyyarəsi Medellin beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, təyyarədəki 72 sərnişin arasında "Atletico Nacional" futbol komandası ilə oynamaq üçün gələn Braziliyanın "Chapecoense" klubunun oyunçuları da olub.

Qeyd edək ki, iki komanda "Copa Sudamerica"nın finalında bu səhər qarşılaşacaqdı.

Oxşar xəbərlər