“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Məlumata görə, qeyd olunan məsələni nizamlayacaq normativ aktların hazırlanmasına görə məsuliyyət Federal Təhlükəsizlik Xidmətinin üzərinə qoyulacaq.
Sənədin 2017-ci ilin birinci rübünün sonunadək hazırlanacağı gözlənilir.
Qadağa məmurların şəxsi məsələlərinin populyar messencerlər vasitəsilə müzakirəsinə şamil edilməyəcək.