Türk şirkətlərinə tətbiq olunmuş sanksiyalar ləğv edilir — Böhran Rusiyanı çarəsiz qoydu

Türk şirkətlərinə tətbiq olunmuş sanksiyalar ləğv edilir — Böhran Rusiyanı çarəsiz qoydu Rusiya hökuməti türk şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək

Rusiya hökumətinə təqdim olunan yeni təklifdə bildirilir ki, bir çox türk şirkətlərinə ölkədə fəaliyyət göstərmələri üçün icazə veriləcək.

"Xidmətlərini və işini başqa şirkətlərin əvəz edə bilmədiyi, gördükləri işin əhəmiyyəti nəzərə alınaraq bir sıra türk şirkətlərinin Rusiya ərazisində fəliyyətinə icazə verilə bilər. Türk şirkətlərinin gördüyü işdən daha ucuz iş görə biləcək digər şirkətlərin olmadığı təqdirdə, alternativ olmadığı hallarda bu və ya digər layihələrin həyata keçirilməsi türk şirkətlərinə sifariş edilə bilər", sənəddə belə deyilir.

Məlumata görə hökumət sənədin müzakirəsini ictimaiyyətin ixtiyarına buraxıb və ona uyğun olaraq da qərar qəbul edəcək.

Oxşar xəbərlər