Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” iOS platformalı telefonlar üçün yenilik edib.
88 Mb-lıq 2.16.10 seriyalı yenilik iOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib.
Yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.