Moskvada “iPhone 7” ajiotajı

Moskvada “iPhone 7” ajiotajı Rusiyada ABŞ-ın “Apple” korporasiyasının istehsal etdiyi yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının satışına start verilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “iPhone”un yeni modelinin satışa çıxarılması Moskvada ajiotaj yaradıb.

Qızıl Meydandakı QUM ticarət mərkəzində yüzlərlə insan “iPhone 7” almaq üçün gecə saatlarından növbəyə dayanıb. Hazırda QUM-da böyük izdiham var. Yüzlərlə insan yeni “iPhone” modelinə sahib olmaq üçün növbədə gözləyir. Səhər saat 10:00-dan etibarən QUM qapılarını növbəyə duranlara açıb.

Moskvada “iPhone 7”nin qiyməti 56,99 min rubldan (892 ABŞ dollar), “iPhone 7 Plus”-un qiyməti isə 67,99 min rubldan (1064 ABŞ dollar) başlayır.

Oxşar xəbərlər