"Instagram"dan hamının gözlədiyi — MÖHTƏŞƏM YENİLİK

"Instagram" tətbiqetməsi birdən çox hesaba giriş funksiyasını istifadəyə verməyə başlayır

"Instagram"da birdən çox hesaba malik olmaq istəyən "iOS" istifadəçilərinin bu arzsusu nəhayət ki, gerçək olur. Məşhur foto paylaşma platforması uzun müddətdir ki, gözlənilən birdən çox hesab idarə etmə funksiyasını istifadəyə təqdim etməyə yönəlik ilk addımını atıb. "iOS" üzərindən istifadəçilərə təqdim olunan funksiya ilə birlikdə hələlik indiki mərhələdə yalnız məhdud sayda "iPhone" istifadəçiləri "Instagram"da çox sayda hesab açıb idarə etmə şansı əldə edəcək.

"Instagram" ötən noyabr ayında "Android" əməliyyat sistemi üzərindən çoxlu hesab açma funksiyasını istifadəyə təqdim etmişdi. "Android" üzərində sözügedən funksiyadan istifadə edə bilmək üçün bir tətbiqetmə endirmək lazım gəlirdi. Amma "iOS" üzərindən yeni təqdim olunan bu funksiyada belə bir zərurətə ehtiyac qalmayacaq.

Oxşar xəbərlər