Bu gün Bakı vaxtı ilə 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 42,62 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 39,64 dollar təşkil edib.
Qeyd edək ki, şənbə səhər saatlarında, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 41,36 və 38,53 dollar təşkil etmişdi.