Bu gün Bakı vaxtı ilə saat 09:00 olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 44,92 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 43,67 dollar təşkil edib.
Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 46,20 və 45,10 dollar təşkil etmişdi.