Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 50,14 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 49,41 dollar təşkil edib.
Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 50,93 və 50,20 dollar təşkil edib.