“Real” və “Atletiko”ya ağır cəza

“Real” və “Atletiko”ya ağır cəza Məlum olduğu kimi, FİFA Madridin "Real" və "Atletiko" klublarına transfer qadağası tətbiq etmişdi.

Ötən il tətbiq edilən klubların müraciətinə əsasən bir transfer dönəmi üçün təxirə salınmışdı.

Dünyanın ali futbol qurumu hər iki klubun işinə növbəti dəfə baxıb və yekun qərar qəbul edib. Qərara əsəsən madridlilər növbəti iki transfer dönəmində heyətini gücləndirə bilməyəcək. Buna səbəb klubların 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol vermələridir.

Qeyd edək ki, ötən gün FİFA Bakı "İnter"ini də futbolçulara olan borcuna görə transfer qadağası ilə üz-üzə qoyub.

Oxşar xəbərlər