Bu gün, mayın 28-də, Milanda iki İspaniya klubu “Real” və “Atletiko” UEFA Çempionlar Liqasının final matçında qarşılaşacaq.
“Kral klubu” Çempionlar Liqasını ən çox qazanan komandadır, “Atletiko” isə əksinə heç vaxt bu titula yiyələnməyib.
Qarşılaşma Milanın “San-Siro” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşün baş hakimi ingiltərəli Mark Klattenburq təyin edilib.