Madridin “Atletiko” klubu Çempionlar Liqasının ilk yarımfinal oyununda doğma meydanda Münhenin “Bavariya”sını məğlub edib.
Qarşılaşma ispanların minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 11-ci dəqiqədə Saul vurub.
Cavab qarşılaşması mayın 3-də Almaniyada keçiriləcək.