Madridin “Real” klubu iki oyunun nəticəsinə görə “Mançester Siti”ni üstələyərək Çempionlar Liqasının finalına yüksəlib.
Zinədin Zidanın yetirmələri “Santyaqo Bernabeu”da keçirilən cavab qarşılaşmasında İngiltərə klubuna minimal hesabla qalib gəlib - 1:0.
Yeganə qolu matçın 20-ci dəqiqəsində Qaret Beyl vurub. Xatırladaq ki, aprelin 26-da Mançesterdə keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə yekunlaşmışdır.
“Real” və “Atletiko” arasında final görüşü mayın 28-də Milanda keçiriləcək.