Uşaq yaşlarından ailəsi ilə birgə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Hurriyet”ə müsahibə verib.
Şəxsi həyatıyla əlaqədar açıqlama verən məşhur xanım, sosial şəbəkə vasitəsilə kişilərin ona çılpaq şəkillər göndərdiyini deyib:
“Bu şəkilləri yığıram. Ağlıma dahiyanə bir fikir gəlib. İndi heç birini silmirəm, həmin şəkillərdən ibarət sərgi açacağam. Şəxsiyyətlərini də açıqlayacağam”.
Aktrisa “Siz Türkiyədə kimi seksual hesab edirsiniz?” sualına belə cavab verib:
“Türkiyədə Penelope Cruz və ya Eva Mendes kimi şəhvətli qadınlar görə bilmirəm. Bunun səbəbi hər halda həyatın ikiüzlü tərəfidir: içlərində olmasına baxmayaraq, o duyğuları ortaya çıxarmaqlarına icazə verilmir. Yenə də Türkiyədə bunu bacaran tək bir ad var: Tarkan”.
İndiyə qədər 20-yə yaxın mükafatın sahibi olan aktrisa Tarkanın bir klipində rol almaq üçün bütün mükafatlarını geri verə biləcəyini də deyib.




