Muxtar Əhmədov yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir!

Muxtar Əhmədov yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir! -Muxtar Əhmədov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda müalicəyə gələn vəəndaşların mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Muxtar Əhmədov fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.


Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Muxtar Əhmədov yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir!

Muxtar Əhmədov insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Muxtar Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Muxtar Əhmədov da xalqın xidmətçisidir.

Bütün bunlarla yanaşı etiraf etmək lazımdır ki, istənilən bir müəssisənin uğurlu fəaliyyəti həm də burada çalışan kollektivin və ilk növbədə əlbəttə ki, rəhbərliyin öz işinə olan münasibətindən asılıdır. Bu baxımdan “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun da məqsədyönlü və səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Demək lazımdır ki, uzun müddət bu müəssisəyə rəhbərlik edən Muxtar Əhmədov, çalışdığı sahə üzrə respublikanın aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda da baş həkimin malik olduğu idarəçilik qabiliyyəti, öz işinə yüksək məsuliyyətlə yanaşma xüsusiyyəti sanatoriyada sağlam kollektivin formalaşmasına səbəb olmuşdur. Buna görə də bu gün “Bilgəh” kardioloji sanatoriyasına istirahətə və müalicəyə gələn insanlara öz işini bilən və sevən peşəkar tibbi personal, mehriban ailə təəssüratı bağışlayan kollektiv xidmət göstərməkdədir.

Muxtar Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Bilgəh” kardioloji sanatoriyası kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Oxşar xəbərlər