BİLGƏH Kardioloji sanatoriyası sizin sağlamlığınızın tək ünvanı

BİLGƏH Kardioloji sanatoriyası sizin sağlamlığınızın tək ünvanı “Bilgəh” kardioloji sanatoriyasına baş həkim gəldiyi gündən “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun baş həkimi vəzifəsini daşıdığı sanatoriyada görülən işlərin siyahısına nəzər salanda isə sanatoriyada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bir çoxları yay istirahətlərini xarici ölkə kurortlarında keçirməyə üstünlük verirlər, digərləri isə bu məqsədlə Azərbaycanın rayonlarında, səfalı guşələrdə yerləşən istirahət məkanlarına üz tuturlar.

İstənilən halda əsas məqsəd şəhərdən çıxmaq, paytaxtın səs-küyündən və insan sızlığından mümkün qədər uzaqlaşmaqdadır. Amma belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, əslində həm gözəl istirahət etmək, həm də sağlamlığımızı bərpa etmək üçün Bakıdan çox da uzaqlara getmək heç də vacib deyil. Elə Bakı ətrafı qəsəbələrdə də bunun üçün hər bir şəraiti olan məkanlarımız kifayət qədərdir. Bizə bu imkanı verən sağlamlıq-istirahət məkanlarından biri də doğma Xəzərin sahilində yerləşən “Bilgəh” kardioloji sanatoriyasıdır. Hələ sovet dönəmindən fəaliyyət göstərən bu müalicə-istirahət müəssisəsi keçmiş SSRİ-yə daxil olan respublikaların əhalisi arasında da kifayət qədər məşhur idi. Baltik dənizinin sahillərindən Uzaq Şərqə qədər uzanan bu ölkənin bir çox yerlərindən insanlar Bakıya, Bilgəhə istirahətə və sağlamlıqlarını bərpa etməyə gəlirdilər. Sevindirici haldır ki, baş həkim Muxtar Əhmədovun rəhbərlik etdiyi “Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədn bir çoxunu yaşadır və inkişaf etdirir.

Bütün bunlarla yanaşı etiraf etmək lazımdır ki, istənilən bir müəssisənin uğurlu fəaliyyəti həm də burada çalışan kollektivin və ilk növbədə əlbəttə ki, rəhbərliyin öz işinə olan münasibətindən asılıdır. Bu baxımdan “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun da məqsədyönlü və səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Demək lazımdır ki, uzun müddət bu müəssisəyə rəhbərlik edən Muxtar Əhmədov, çalışdığı sahə üzrə respublikanın aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda da baş həkimin malik olduğu idarəçilik qabiliyyəti, öz işinə yüksək məsuliyyətlə yanaşma xüsusiyyəti sanatoriyada sağlam kollektivin formalaşmasına səbəb olmuşdur. Buna görə də bu gün “Bilgəh” kardioloji sanatoriyasına istirahətə və müalicəyə gələn insanlara öz işini bilən və sevən peşəkar tibbi personal, mehriban ailə təəssüratı bağışlayan kollektiv xidmət göstərməkdədir.

Oxşar xəbərlər