Pələng parkda qadını parçaladı

Pələng parkda qadını parçaladı Digər qadını isə yaraladı

Pekin şəhəri ətrafında yerləşən vəhşi Badalin təbiəti parkında Sibir pələngi ziyarətçilərə hücum edib, 1 qadın ölüb, daha biri yaralanıb.
"Report" xəbər verir ki, insident şənbə günü qadın səyahətçilərin park ərazisinə gələrək təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.
Belə ki, qadınlar park ərazisində onları gəzdirən avtomobili tərk ediblər və bu zaman yaxınlıqda olan pələng gizləndiyi yerdən onlara hücum edib.
Nəticədə qadınlardan biri aldığı xəsarətlərdən yerində keçinib, digər qadın isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Oxşar xəbərlər