“Amnesty International” öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər
“Report” “The Guardian”a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabrında ölkənin şimalında yaranan münaqişə zamanı baş verib.
Bildirilir ki, münaqişənin mümkün səbəbi dəyənək, bıçaq və maçete ilə silahlanmış icma üzvlərinin ordu karvanının yaşayış məhəllələri yaxınlığından keçməsinə izn verməməsi olub.
Nigeriya hərbçilərinin fərziyyəsinə görə, ordunun qərargah rəisi Tukura Buratainin karvanına yandırıcı bombalar tətbiq edilməklə hücum olub.
Bildirilir ki, birinci münaqişədən sonra ordu bölmələri məhəllələri mühasirəyə alıb və bilərəkdən icma üzvlərini atəşə tutub.
Şahidlərin sözlərinə görə, əsgərlər atışmadan sonra yaralanan şəxslərin olduğu xəstəxanaya hücum edərək oranı yandırıblar. Sonradan bir neçə yük maşını meyitləri oradan götürüb və onlar qardaşlıq məzarında dəfn olunublar.
“Amnesty International”ın məlumatına görə, məzarlıq Kaduna şəhəri yaxınlığındakı Mando rayonu ərazisindədir.