Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır Texas neftinin qiyməti 46 dollardan aşağı düşüb

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır.

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,49% ucuzlaşaraq bir barelə görə 46,73 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57% azalaraq 44,98 dollar təşkil edib.

Qeyd edək ki, dünən Brent və WTI neftinin qiyməti müvafiq olaraq 47,81 və 45,99 dollara bərabər olmuşdu.

Oxşar xəbərlər