Dönərxanalarla bağlı tələblərdən biri də budur ki, onun ərazisi ən az 6 kvadratmetr olsun
Baş çəkdiyimiz dönərxanaların əksəriyyətində heç elementar gigiyenik qaydalara belə riayyət etmirlər. Görünənən odur ki, dönrxana sahibləri yoxlamaların müvəqqəti dayandırılması ilə bağlı qərardan sui-istifadə edirlər.
Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, dönərxanalarla bağlı bir sıra tələblər var. Əsas tələblərdən biri burda çalışan insanların geyimi ilə bağlıdır. Belə ki, dönərçilərin əllərində əlcək olmasa da, başlarında kalpaq, üzərlərində önlüyün və ya xüsusi formanın olması vacib hesab edilir. Çəkiliş zamanı bu tələblərə riayət edən çox az dönərçi gördük.(bolgexeber)
Bəzi dönərçilər isə geyim qaydalarına riayət etməməsini isti hava ilə əlaqələndirdilər.
Dönərxanalarla bağlı tələblərdən biri də budur ki, onun ərazisi ən az 6 kvadratmetr olsun. Bu tələbdən isə demək olar dönərçilərin xəbəri yoxdur.
Ərazinin kiçik olması bir çox halda başqa bir tələbin pozulmasına gətirib çıxarır. Söhbət dönərxanaların içində işçinin gigiyenası üçün lazımı şəraitin, əl-üz yuyanın olmamasından gedir.
Bəzi dönərxanalarda isə əllərin və qabların təmizliyi eyni yerdə, kustar üsulla hazırlanmış əl-üz yuyanda aparılır.
Hətta elə dönrəxanalar var ki, orada ətin saxlanılması üçün şərait də yoxdur.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, tələblərə cavab verməyən dönərxanalarda fiziki şəxslər 100-200 manat, hüquqi şəxslər isə 200-400 manat arası cərimə olunurlar. Hazırda isə 2 illik müddətə belə müəssisələrdə yoxlanış aparılmır. Ancaq əsaslandırılmış şikayət olarsa adı çəkilən qurum obyektə baxış keçirib hər hansı qərar qəbul edə bilər.
Belə çıxır ki, dönərxanalar yoxlamaların dayandırılması ilə bağlı qərardan sui-istifadə edib elementar gigiyenik qaydalara belə riayət etmirlər.