Artıq bir neçə müddətdir ki, redaksiyamızın ünvanına daxil olan məlumatlarda Lerik Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətindən, şöbənin müdiri Balaşirin Nəsirovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs olunur. Həmçinin aldığımız məlumatlarda xüsusilə diqqəti cəlb edən bir məqam da budur ki, RTŞ müdirinin özbaşınalıqlarından şikayət edən şəxslərin əksəriyyəti sadə vətəndaşlar deyil, əksinə məhz pedaqoji fəaliyyətlə məşğul olan insanlardır. Belə ki, bizimdovr.az-a müraciət edən bəzi məktəb direktorları Lerik RTŞ-nin müdirini birbaşa rüşvət tələb etməkdə ittiham edir, onun bir çox qanunsuz əməlləri barədə aşkar dəlillərlə açıqlamalar verirlər. Bu xüsusda məlumatlarda bildirilir ki, şöbə müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, guya ki, təhsil şöbəsinə mebel və başqa avadanlıqlar alınması adı ilə hər il külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsini həyata keçirir. Bundan başqa bəzi kənd məktəblərində istilik sisteminin odun yandırılan dəmir sobalarla təmin olunması da Balaşirin Nəsirov üçün ayrıca bir gəlir mənbəyidir. Belə ki, şöbə müdiri hər il guya ki, həmin sobaların yeniləri ilə əvəz olunması adı ilə də külli-miqdarda vəsaitlərin ayrılmasına və mənimsənilməsinə nail olur. Həmçinin məlumatda qeyd olunur ki, bu işdə bəzi məktəb direktorları da Balaşirin Nəsirovla əlbir olurlar. Daha sonra daxil olan məlumatlarda Lerik məktəblərində “ölü canlar” təcrübəsinin tətbiq olunmasından bəhs edilir: “Təhsil şöbəsinin müdiri təqaüddə olan bəzi müəllimlərdən 500 manatdan 1000 manatadək rüşvət alaraq, buna heç bir ehtiyac olmadığı halda, onlarla müqavilələr bağlayır. Hansı ki, həmin müəllimlərdən bir çoxları nə dərs saatları ilə təmin olunmurlar, nə də ümumiyyətlə məktəbə gəlmirlər. Lakin məhz bu yolla, dövlət vəsaitləri əmək haqqı formasında mənimsənilir…” Digər tərəfdən də, açıqlamalarda Balaşirin Nəsirov vəzifə səlahiyyətlərini aşaraq, məktəb direktorlarının təyinatı məsələsində də bir çox maxinasiyalara yol verməkdə ittiham edilir. Vurğulanır ki, təhsil şöbəsinin müdiri açıq-aşkar vəzifə alveri ilə məşğuldur. Belə ki, rayonun orta məktəblərinin bir coxunda direktorlar orta ixtisas təhsillidir. Buna misal olaraq mənbə bildirir ki, Lerik rayonu Lapatin, Qələbin, Vamazgon, Hıramo, Sivəkəran və sairə məktəblərinin direktorları öz vəzifələrində yalnız rüşvət hesabına saxlanılır. Təhsil şöbəsinin müdiri B.Nəsirov hər ay məktəb direktorlarından 50-100 manat rüşvət alır. Bu pulları isə, ona təhsil şöbəsinin mühasibi Mahir Əliyev yığıb çatdırır. RTŞ müdirinin daha bir qanunsuz əməli də hər tədris ilinin əvvəlində şagirdlərin sayının qanunsuz olaraq şişirdilərək, məktəblərdə siniflərin sayının çoxaldılması ilə bağlıdır. Həmin siniflərdə tədris olunan dərslərə ayrılan pullar da B.Nəsirov tərəfindən mənimsənilir.
Bu arada biz bir daha qeyd edək ki, Balaşirin Nəsirovun hazırda tutduğu vəzifəyə təyinatında onun doğma dayısı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun da dəstəyi böyük olmuşdur. Belə ki, bizdə olan məlumata görə, bu təyinat üçün məhz Hüseynbala Mirələmovun xahişi ilə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev o zaman Təhsil naziri olmuş Misir Mərdanova ağız açmalı olmuşdu. Təhsil haqqında qanunun müddəlarına əsasən Təhsil şöbəsinin rəhbəri ən azı 5 il məktəb direktoru vəzifəsində işləməlidir. Amma Rayon İcra hakimiyyətinin saytında yerləşdirilən məlumatda da qeyd olunur ki, Balaşirin Nəsirov cəmi heç bir il məktəb direktoru işləməyib.
Aydın məsələdir ki, Balaşirin Nəsirovun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam mühit rayon ictimaiyyətini, ağsaqqaları, ziyalıları olduqca narahat edir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qanunlar isə, Lerik RTŞ-nin müdiri tərəfindən hələ də kobudcasına pozulur.
Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.