İmtahanların idarə olunmasına 4172 nəzarətçi-müəllim ayrılıb
Bu gün Azərbaycanda ilk buraxılış imtahanı keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil edib.
İmtahanda ümumilikdə 45827 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25530, XI sinif üzrə 20297).
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.
İmtahanların idarə olunmasına ümumilikdə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.