IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır
Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.
“Bakıda şagird sayı az olan məktəblər birləşdiriləcək. Bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəb problemi aradan qaldırılacaq. Rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq”, - idarə rəhbəri bildirib.
Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmağa ehtiyac var.
Məhəbbət Vəliyeva yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib:
“Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. “Şagird-Məzun” sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur”.