İlham Əliyev Qələbə bayramı münasibətilə keçirilən mərasimdə iştirak edib

İlham Əliyev Qələbə bayramı münasibətilə keçirilən mərasimdə iştirak edib Dövlət başçısı Həzi Aslanovun abidəsinin qarşısına əklil qoyub

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Dövlət başçısı Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib.

Prezident abidənin qarşısına əklil qoyub, Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş insanların xatirəsini yad edib.

Oxşar xəbərlər