“Bu layihə - diversifikasiyanın mühüm hissəsidir”
Bolqarıstan və Serbiya tədarük etdiyi qazın 100 faizini Rusiyadan alır, biz isə yalnız Rusiya deyil, digər ölkələrin də qazını nəzərdə tutan rəqabət görmək istərdik. Məsələn, Azərbaycan qazının. Azərbaycandan olan bu qaz kəməri Rusiya qazı ilə rəqabət aparacaq.
Bu barədə “İnterfaks”a verdiyi müsahibəsində ABŞ Dövlət Departamentinin beynəlxalq energeji üzrə xüsusi səfiri və koordinatoru Amos Hoçsteyn bildirib.
Onun sözlərinə görə, bu da yetərli deyil.
“Düşünürük ki, yeni texnologiyalardan faydalanmaq və təbii maye qazın Avropa bazarına çıxışı olmasından əmin olmaq lazımdır ki, İsrail, Misir, Qətər, Avstraliya, ABŞ və s. qazı ilə rəqabət yaransın”, - o bildirib.
Hoçsteyn qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP), yəni Cənub dəhlizi, Avropaya məhz indiyə qədər Avropanın çıxışı olmadığı qazı çatdıracaq.
“Beləliklə də yeni mənbələrdən, yeni qazın meydana gəlməsi nəticəsində rəqabət yaranacaq.
Bu yalnız yeni mənbə qazı olmayacaq, bu, həm də yeni çatdırılma marşrutu olacaq. Bu səbəbdən də bu layihə - diversifikasiyanın mühüm hissəsidir.
Bu zaman “Şimal axını-2” həmin qazı təchizatçıya Ukraynadan deyil, Almaniyadan yönləndirəcək. Beləliklə də Cənub dəhlizindən Azərbaycan qazı çatdırılacaq, gələcəkdə isə ola bilər ki, bu kəmər ilə Avropaya Türkmənistan qazı da çatdırılsın. Yəni Avropaya yeni enerji mənbələri yol tapacaq.
Məhz buna görə də mən hər zaman Trans-Anadolu qaz kəmərinin Türkiyədən Yunanıstana keçdikdən sonra Trans-Adriatik qaz kəməri (TAP) olacağını deyirəm.
Mən istərdim ki, Avropada Trans-Adriatik qaz kəmərini təchiz edəcək, maye təbii qazın terminalları da olsun, Xəzər dənizi qazı ilə rəqabət yaradılsın.
Mən, ümumiyyətlə, qazın maksimal tədarükünün, rəqabətin və müvafiq olaraq sərfəli qiymətlərin tərəfdarıyam”, - amerikalı məmur bəyan edib.