“Tbilisi İrəvandan icazə almalıdır”
Tehran və Tbilisi 200 milyon kubmetr İran qazının Gürcüstana tədarükünə dair danışıqlar aparır.
Bu barədə İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) baş direktoru Əlireza Kameli bildirib.
Bununla yanaşı Kameli qeyd edib ki, qaz Ermənistan ərazisindən nəql ediləcək.
“Tehran və Tbilisi 200 milyon kubmetr İran qazının bu Qafqaz dövlətinə tədarükünə dair danışıqlar aparırlar”, - ŞANA agentliyi Kamelinin bu gün Tehranda İİR neft naziri Bijan Namdar Zanqane ilə Gürcüstanın energetika naziri Kaxaber Kaladze arasında baş tutan görüşdən sonra dediyi sözlərindən sitat gətirib.
“Gürcüstanın dövlət və özəl sektorunun müəssisələri İrandan qaz almaqda maraqlıdırlar”, - Kameli qeyd edib.
“Gürcüstana qaz tədarükünün İranın gələn il (mart ayının 21-də) başlanacağı gözlənilir”, - İran məmuru bildirib.
Onun sözlərinə görə, ilk müqavilə 7 ay müddətinə imzalanacaq və bu sahədə gələcək əməkdaşlıq üçün baza olacaq. O həmçinin “Gürcüstan qazın qonşu ölkənin ərazisindən nəql edilməsi üçün Ermənistandan icazə almalı olacaq. Əgər sazişin iqtisadi məqsəduyğunluğu təsdiqlənsə, gələcəkdə söhbət Gürcüstana qaz tədarükünə dair ortamüddətli və uzunmüddətli müqavilələrdən gedə bilər”, - Kameli sözünü yekunlaşdırıb.
Qeyd edək ki, İran qazını Gürcüstana həm Azərbaycan, həm də Ermənistan ərazisi vasitəsilə çatdırılacaq. Detallar Gürcüstanın energetika naziri Kaxaber Kaladzenin Tehrana səfəri zamanı müzakirə ediləcək.