İranda hökumətdaxili çəkişmə şiddətlənir
Qərb analitikləri İranda sanksiyaların ləğvindən sonra ölkə iqtisadiyyatına nəzarət üstündə çəkişmə başladığını bildirirlər.
Məlumata görə, İran hökuməti ilə İran İslam İnqilabını Mühafizə Korpusu (SEPAH) arasında mübarizə şiddətlənir.
Bildiyimiz kimi, sanksiyaların qüvvədə olduğu dövrdə İran iqtisadiyyatının ən gəlirli sahələrini nəzarətdə saxlayan SEPAH energetikadan telekommunikasiyaya qədər bütün sahələrdə ən böyük pay sahibidir. Bundan başqa İran üzrə bütün iri inşaat layihələri, yol, körpü, şəhərsalma, tunel və kanalizasiya tikintilərində də əsas pay sahibi və ən iri layihələrin podratçısı SEPAH-ın inşaat trestləridir.
Sanksiyaların ləğvindən sonra ölkəyə xarici investisiya cəlb etməyə çalışan İran hökuməti bütün sahələrdə SEPAH-ın sərt müqaviməti ilə qarşılaşır. Hazırda Ruhani ilə SEPAH komandanlığı arasında bu məsələdə ciddi konfliktin olduğu bildirilir və məsələnin ali dini rəhbər ayətulla Əli Xamneyinin başçılığı altında müzakirə ediləcəyi deyilir.
Xatırladırıq ki, İran İslam İnqilabını Mühafizə Korpusunun nəzarətindəki şirkətlər və banklardan götürülən gəlirlə həm də bu silahlı ordunun hərbi büdcəsi formalaşır. SEPAH-ın maliyyə cəhətdən İran hökumətindən heç bir asılılığı yoxdur.