İrandan Bakı və İrəvana sərt – XƏBƏRDARLIQ

İrandan Bakı və İrəvana sərt – XƏBƏRDARLIQ İki ölkə insidentin təkrarlanmayacağına söz verib

İran Ermənistanın atdığı mərminin ölkəsinin ərazisinə düşməsi ilə bağlı rəsmi Bakı və İrəvana xəbərdarlıq edib.

İran hökuməti qondarma Dağlıq Qarabağdan gələcək istənilən aqressiyaya sərt reaksiya verəcəyini bəyan edib.

Azərbaycan və Ermənistan isə aprelin 3-ü yaşanan insidentin təkrarlanmayacağına söz verib.

Hazırda mərminin düşdüyü İranın Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib.

Xatırladaq ki, erməni ordusunun Azərbaycanın Füzuli rayonunun Qazaxlar kəndinə atdığı qrad mərmisi İran ərazisinə düşmüşdü.

Oxşar xəbərlər